Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxın azad edilmiş kəndlərinin indiyədək nə qədər hissəsi minalardan təmizlənib?

11.11.2025 18:07 444
Qazaxın azad edilmiş kəndlərinin indiyədək nə qədər hissəsi minalardan təmizlənib?
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti həyata keçirilir.

Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, aparılan əməliyyatlar zamanı ümumilikdə 223.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"İndiyədək 1 059 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina və 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib", - deyə qurumdan əlavə olunub.

Qeyd edək ki, ANAMA-nın həftəlik məlumatına əsasən, ötən ay azad olunan ərazilərdə 7 022.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xatırladaq ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında qaytarılıb. Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner