Mojo.az Banner
22:22 İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır  |     22:15 Orta aylıq əməkhaqqı artıb  |     22:07 Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək  |     22:03 Millimiz Qazaxıstana məğlub oldu  |     21:56 Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb  |     21:50 Kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?  |     21:46 Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi  |     21:40 Tramp "müqəddəs" fotosunu sildi  |     21:35 Yeni koronavirus ştammı "Cicada" - Uşaqlar xüsusi risk altında ola bilər  |     21:26 Bəhreyn İraqa nota verdi  |     21:18 Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır  |     21:13 Bakıdakı yollardan birində sürət həddi endirilib  |     21:06 Yol polisindən sürücülərə MÜRACİƏT  |     21:00 Hansı yollarda qırmızı işıqda keçmək olar? - Video  |     20:54 Azərbaycanda ev kirayələmək bahalaşdı: Aylıq orta qiymət min manatı keçdi  |     20:52 Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi  |     20:45 Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki  |     20:39 Borcunu tələb edəni vurdu, 1 il islah işlərinə məhkum edildi  |     20:32 Sərxoş halda maşın sürən Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi  |     20:27 28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)  |    
Left Banner
Right Banner

Ötən həftə 1504 ha ərazi minalardan təmizlənib

11.08.2025 19:06 759
Ötən həftə 1504 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 4-dən 10-na qədər 48 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 977 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1504 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.скачать dle 11.3
Mojo.az Banner