Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu |
Mojo.az Avto
Mojo.az Avto

Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI - XƏRİTƏ (FOTO)

24.04.2026 12:13 825
Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI - XƏRİTƏ (FOTO)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir bu ünvanları əhatə edəcək:

1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova - Füzuli küçələri arası)

2. Rəşid Behbudov küçəsi (28 May - Şəmsi Bədəlbəyli küçələri arası)

3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov - Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində).

Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır.

Rəşid Behbudov küçəsində hazırlıq işlərinə artıq başlanılıb.

Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

"Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - deyə məlumatda qeyd olunub.





Son xəbərlər