Mojo.az Banner
19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |     18:01 Sürücülər bu mahnılara qulaq asmasın  |     17:57 Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub  |     17:53 Azərbaycan polisi Amerikada vacib sammitə dəvət olundu  |     17:35 “Gənclik Mall”da xəbərdarlıq sistemi buna görə işə düşüb  |     17:28 Anar Əsədli barəsində YENİ QƏRAR  |     17:19 Peskov: "Sülh danışıqları uzandıqca Kiyevə qarşı tələblər sərtləşəcək"  |     17:08 Pensiyalar nə vaxt veriləcək?  |     17:08 Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanıldı - VİDEO  |    
Left Banner
Right Banner

Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq

22.04.2026 21:42 579
Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bu çərçivədə yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraq Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər), Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə - Nərimanov metrosu istiqaməti) təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner