Mojo.az Banner
23:01 Rusiya Ermənistan məhsullarının qonşu ölkələrə göndərilməsinə icazə verməyəcək  |     22:54 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq  |     22:46 Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı  |     22:34 Azərbaycanda hansı rayonda nə qədər qazi var? - TAM SİYAHI  |     22:25 Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq  |     22:20 Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - Video  |     22:14 Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO  |     22:06 Beyləqanda 11-ci sinif şagirdi vəfat edib  |     22:00 Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla  |     21:53 Futbol bayramı başladı: Möhtəşəm açılış mərasimi keçirilir - CANLI YAYIM  |     21:47 "Qiyamət günü" radiostansiyası beş ildən sonra ilk dəfə sirli şifrələnmiş mesajı təkrarladı  |     21:39 Sabunçuda tonlarla narkotik məhv edildi - Video  |     21:27 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var  |     21:22 Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO  |     21:09 Tanınmış aktrisa vəfat etdi  |     21:02 Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər  |     20:57 Qubada hotel otağında meyit tapıldı  |     20:51 Çörəyi necə saxlamaq lazımdır ki, bayatlamasın?  |     20:44 Marşrut avtobusları niyə kondisionerləri işə salmır? - AYNA-dan XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Fazil Mustafa: “Gənclər iş və mənzil problemi səbəbindən ailə qura bilmir”

24.04.2026 11:31 906
Fazil Mustafa: “Gənclər iş və mənzil problemi səbəbindən ailə qura bilmir”
Son illərdə Azərbaycanda gənclərin evlilik yaşı yüksəlir, nikahların sayı isə azalır. Bu meyl təkcə fərdi seçimlərlə deyil, həm də iqtisadi şərait, karyera prioritetləri və sosial amillərlə izah olunur. Müasir həyatın tempi və artan məsuliyyətlər gənclərin ailə qurmaq qərarını daha da təxirə salmasına təsir edir. Bu baxımdan dövlətin ailə institutunun möhkəmləndirilməsi istiqamətində rolu aktuallaşır. Bəs ailə institutunun dayanıqlığının artırılması üçün hansı sosial və iqtisadi dəstək mexanizmləri tətbiq edilməlidir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, əslində sosial və iqtisadi dəstək mexanizmləri bir sıra qanunvericilik aktlarında və dövlət proqramlarında nəzərdə tutulub. Lakin ipoteka sistemi gənclər üçün əlverişli mühit yarada bilməyib:
“Açıq desək, burada sosial layihələrdə vətəndaşların, xüsusilə də gənclərin iştirakı ilə ilk dövrlərdə faydalı olsa da, sonrakı mərhələlərdə bu imkanlardan istifadə etməyə maraq azaldı. Xüsusilə MİDA vasitəsilə sosial mənzillərin əldə edilməsi prosesində ortaya çıxan müəyyən ziddiyyətlər bu istiqamətdə dövlət proqramlarının həyata keçirilməsində çətinliklər yaradıb. Təbii ki, dövlətin məqsədi gənclər üçün bu imkanları genişləndirməkdir. Əhalinin böyük əksəriyyəti mənzil və iş problemi səbəbindən ailə qura bilməmək kimi çətinliklərlə üzləşməməlidir. Gənclər daha yaxşı şərtlərlə ailə həyatı qurmalı və demoqrafik vəziyyətin yaxşılaşmasına töhfə verməlidirlər”.

F.Mustafa qeyd edib ki, dəstək proqramları daha real və effektiv məzmun daşımalıdır:

“Gənclərin xüsusilə işsizlikdən əziyyət çəkdiyini nəzərə alaraq, özəl sektorun inkişafı istiqamətində daha konkret addımlar atılmalıdır. Hazırda özəl sektorda mövcud problemlər gənclərin layiqli əməkhaqqı əldə etməsinə mane olur. Adekvat maaş olmadıqda isə ailənin sosial təminatını təmin etmək çətinləşir və bu, gənclərin ailə qurmasını gecikdirməsinə səbəb olur”.

Depuata bildirib ki, əslində bu problemlərin həlli mürəkkəb deyil. Özəl sektor inkişaf etsə, iş tapmaq daha asan olar:

“Dövlət sektorunda aparılan ixtisarlar da insanları özəl sektora yönəldir. İş imkanları kifayət qədər olmadıqda çətinliklər daha da artır. Problemlərin əsas mahiyyəti məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılması ilə bağlıdır.

Xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması üçün investisiyaların qoyulması vacibdir. Əks halda, şəhərlərə köç sürətlənir, bu da həm demoqrafik vəziyyətə, həm də nəqliyyat infrastrukturuna mənfi təsir göstərir. Buna görə də bu məsələlər kompleks şəkildə həll olunmalıdır ki, gənclər normal ailə həyatı qura bilsinlər, nikahların sayı artsın və boşanmaların sayı azalsın”.скачать dle 11.3
Mojo.az Banner