Mojo.az Banner
20:05 Aİ rusiyalı məşhur müğənniyə sanksiya tətbiq etdi  |     19:57 Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu  |     19:53 Tanınmış rusiyalı teleaparıcı vəfat etdi  |     19:52 Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib.  |     19:40 Aİ Ukraynaya 90 milyard avro ayırdı: Rusiyaya qarşı yeni addım  |     19:35 Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI  |     18:42 Bu marşrut nağdsız ödəniş sisteminə keçir  |     18:39 Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     18:37 Bakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb  |     18:36 Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     18:35 Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI  |     18:34 Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ  |     18:33 Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDI  |     18:32 Gümüşün qiyməti 75 dollardan aşağı düşüb  |     18:29 "WhatsApp" çatında çox sayda mesaj yığılıb və oxumağa vaxtınız yoxdur? - Yeni funksiya əlavə ediləcək  |     18:28 Bakıda cibgirlik edən şəxs saxlanıldı - Video  |     18:24 BMT-nin xüsusi məruzəçisi Françeska Albanese: İsrail ordusu — “yer üzündə ən deqradasiyaya uğramış ordu”  |     18:23 Bakı metrosunda qrafiklə bağlı YENİ QƏRAR  |     18:15 İran Hörmüzdən qazanc əldə etməyə başladı  |     18:14 Bütün sosial ödənişlərin veriləcəyi gün AÇIQLANDI  |    
Left Banner
Right Banner

Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

23.04.2026 18:35 78
Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin və şahidlərin ifadəsi ilə davam edib.

Zərərçəkən R.G. ifadəsində baş verənlərdən notariusdan gələn zənglərdən sonra xəbər tutduğunu bildirib:

"Mənə bir gün 18 nömrəli notariatdan zəng gəldi. Bizə bildirdilər ki, siz hazırda xaricdə müalicədə olduğunuzdan torpaq sahənizin alqı-satqısı ilə bağlı etibarnamə vermisiniz. Zəng edənə dedim ki, elə bir hal yoxdur, mən Bakıdayam. Dərhal Qeydiyyat və Notariat Baş İdarəsinə gedib əmlakın satışına stop qoydurdum, sonra prokurorluğa şikayət ərizəsi yazdım. O vaxt notariatdan mənə zəng gəlməsəydi, torpağım xəbərim olmadan satılacaqdı. Bu (təqsirləndirilən Rafiq Vəliyevə işarə edir - red.) sadəcə fiqurdur, onu kimin fiqur olaraq ortaya saldığını da yaxşı bilirəm. Bunun təqsiri odur ki, sənədi düzəldib, buna görə də cəzasını çəkməlidir. Novxanıdakı o ərazilərə görə dəfələrlə maklerlərin təzyiqinə məruz qalmışam. Bir dəfə Fuad adlı şəxsi vasitəçi kimi qabağıma çıxartdılar ki, Binəqədinin icra başçısı torpağımı 14 000 manatdan almaq istəyir. Dedim ki, bu qiymətə torpaq satılmır. Mənə dedi ki, nə olsun, sən razılaş, sonra onunla dost olarsan, münasibətin olar".

Təqsirləndirilən R.Vəliyev sözügedən torpağın çıxarış sənədini Sədi adlı şəxsdən aldığını deyib:

"Onun telefonu məndə yoxdur. Həmişə maklerlərin olduğu yerdə görüşürdük".

Şahid Q.C. isə bildirib ki, təqsirləndiriləni tanımır:

"Mən sahibkaram. Kiməsə hansısa mülkiyyətin çıxarışını göndərməmişəm. 2010-cu ildə R.G. mülkiyyətində olan obyekt mənim istifadəmdə olub. Vüqarı makler kimi tanıyırdım. Gəlib obyekti almaq istədiyini dedi. Obyekti 180 000 manata ona satacağımı dedim. Lakin şərt qoydum ki, obyekt sahibi ilə görüşsün".

Şahid N.N. 48 saylı notarialda işlədiyini bildirib:

"Rüfət Novruzov və Arzu Əliyevi tanımamışam. Onlar mənzil satışı ilə bağlı müraciət etmişdilər. Rüfətin saxta sənədləri kimlərlə, necə hazırlaması mənə məlum deyil".

Şahid N.K. isə təqsirləndirilən R.Vəliyevi tanıdığını deyib:

"Bizim ailəvi get-gəlişimiz var idi. Bir gün evdə idim, zəng gəldi Rafiqdən ki, bir tanışımın xalası xaricdə yaşayır, torpağı satılmalıdır, sənə etibarnamə verək. Dedi ki, vəsiqəmi göndərim, mən də göndərdim. Sonra Vüqar adlı oğlanı göndərdi notariata, oradan da banka getdik. Elə ora-bura yönləndirirdilər ki, ora qol çək, bura qol çək. Rafiq bunun müqabilində 30 000 manat hörmət edəcəyini demişdi. Amma günlər keçməsinə baxmayaraq, puldan xəbər çıxmadı. Bu xoşuma gəlmədi. Rafiqə dedim ki, gedib ləğv etmək istəyirəm. Bir gün gözləyib notariala getdim. Sonra mənə xəbər çatdı ki, Vüqar o əmlakı başqasına satıb. Rafiq zəng edib dedi ki, qoyma alqı-satqı olsun, mən gəlirəm. Ona kimi dirəşib qoymadım".

Şahid N.R. taksi sürücüsü olduğunu və Vəliyevi Biləcəri sakini kimi tanıdığını bildirib:

"Vəsiqəmi istədi ki, dostunun Xırdalandakı evini satmaq istəyir, mən də verdim. Bunun müqabilində ondan ödəniş almamışam, lakin maşınımın dağılmış motoru üçün 1000 manat verəcəkdi mənə. Rafiq Türkiyəyə gedib-gəlirdi. Ondan şübhələnmədim ki, niyə türk vətəndaşının evini mənim adıma sənədləşdiriblər".

Şahid M.K. isə 23 saylı notarialda kargüzar kimi çalışdığını deyib:

"Rafiqi tanımıram. Mənə Turab adlı bir vətəndaş yaxınlaşdı ki, alış-veriş var. Dedim sənədləri gətirin, baxaq. Sənədlər qaydasında göründüyündən daha sonra alqı-satqı yerinə yaxınlaşdıq. Sonradan notarius məni çağırdı ki, o sənəddə problem var, müqaviləni ləğv etmək lazımdır. Etibarnamə mülkiyyətçi adından verilmişdi. Mən mülkiyyətçinin nömrəsini tapıb sənədləri ona göndərdim. Ondan cavab gəldi ki, belə bir iş olmayıb. Bu, bizə kədərli bir təcrübə olduğundan bundan sonra işimizdə mülkiyyətçi ilə görüntülü danışıb, onu görmədən sənəd qəbul etmirik".

Şahid N.H. "ASAN Xidmət"də tərcümə xidmətlərinin təşkili işinə nəzarət etdiyini deyib:

"Sənədi bizə göstərəndə baxdıq. Yüklədik sistemə. Baxdıq ki, tərcümə çıxmır".

Bu zaman təqsirləndirilən R.Vəliyev "Tərcümə əlbəttə tapılmazdı, çünki onu özüm tərcümə elətdirmişdim" deyib.

Məhkəmə digər şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 4 may 15:00-a təyin edib.

Qeyd edək ki, təqsirləndirilən şəxs məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur. Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

Lakin dələduzluq əməlini başa çatdıra bilməyib. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin (Hazırkı Elm və Təhsil Nazirliyi - red.) Əsaslı Tikinti İdarəsinə və "Bakı 6 saylı Yol İstismarı" MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır.

Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner