Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR (Video)

23.04.2026 17:38 924
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR (Video)
Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib.

Qeyd edilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum olunan Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner