Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ İran nefti ilə bağlı güzəşt rejimini uzatmayacaq

15.04.2026 12:01 549
ABŞ İran nefti ilə bağlı güzəşt rejimini uzatmayacaq
ABŞ Administrasiyası İran neftinin dəniz yolu ilə tədarükünə dair 30 günlük sanksiya istisnasını uzatmayacaq.

Median.Az
"Reuters"ə istinadən xəbər verir ki, martın 20-də verilən bu icazə dünya bazarına təxminən 140 milyon barel neft çıxarmağa imkan verib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, müddəti aprelin 19-da başa çatan icazə uzadılmayacaq. Bundan başqa, İranla əməkdaşlığı davam etdirən xarici banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq oluna bilər.

Qərar Vaşinqtonun Tehrana qarşı siyasətinin sərtləşdirilməsi kimi qiymətləndirilir. ABŞ tərəfi İran neftinin alışı və daşınmasında iştirak edən qurumlara qarşı əlavə məhdudiyyətlər tətbiq edə bilər.

Bundan əlavə, Vaşinqton Çin, BƏƏ və Oman kimi ölkələrdə fəaliyyət göstərən banklara da təzyiqi artırıb. ABŞ rəsmiləri bu maliyyə qurumlarının İranla bağlı əməliyyatlarda iştirak etdiyini iddia edir.

Qeyd olunur ki, bu addım İranla aparılan danışıqların nəticəsiz qalması və Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda atılıb.

Son xəbərlər