Mojo.az Banner
19:15 Həyətində narkotik yetişdirən şəxs tutuldu  |     19:10 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb  |     19:03 Göyçayda 3 aylıq körpə anasının qucağından yıxılıb öldü  |     18:57 Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək  |     18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |     18:43 Bu müəllimlərin maaşı arta bilər - Şöbə müdiri açıqladı  |     18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |    
Left Banner
Right Banner

"OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir

14.04.2026 12:56 999
ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) "OpenAI" şirkətinin baş direktoru Sem Altmanın evinə "Molotov kokteyli" atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxsə 30 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

İttiham tərəfinin məlumatına görə, 20 yaşlı Daniel Moreno-Qama Altmanı öldürmək məqsədilə San-Fransiskoya gəlib, həmçinin "OpenAI" şirkətinin baş qərargahını yandırmağı və içəridə olan hamını öldürməyi planlaşdırıb.

O, baş qərargahın binasının yaxınlığında saxlanılıb, üzərindən yandırıcı qurğular, kerosin qabı, alışqan, eləcə də süni intellekt tərtibatçılarını tənqid edən və onların öldürülməsinə çağırışları ehtiva edən manifest tapılıb.скачать dle 11.3
Mojo.az Banner