Mojo.az — elanlar
Son Xəbərlər
21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərdəkan çimərliyində törədilən qətlin CİNAYƏT İŞİ

13.04.2026 22:27 1 005
Mərdəkan çimərliyində törədilən qətlin CİNAYƏT İŞİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid S.A təqsirləndirilənlərdən Süleymanov Mətləblə yerli olduğunu və hadisə günü birlikdə olduğunu bildirib:

"Mən qaziyəm, Mətləbi dostumun vasitəsi ilə tanımışam. Ondan sonra mütəmmadi ümumi dostlarımızla birlikdə toplaşırdıq. Hadisə günü axşam saatları idi. Mətləbə zəng eləyərək, evlərində Qurban əti kəsildiyini dedi və məni çörək yeməyə evlərinə dəvət elədi. Durub getdim, oturub yemək yeyirdik. Bu vaxt Mətləbə zəng gəldi ki, dur gəl. Mətləbə dedim ki, bu gecə vaxtı hara gedirsən, getmə. O getmək istəyirdi, mən də onu işlətdiyim taksiylə "Neftçilər" metrosu yaxınlığındakı "Bayraq Meydanı" tərəfə gətirdim. Mətləbin üstündə bıçaq və hansısa kəsici alət olmayıb, o kimsəni vurmayıb. Biz ora düşəndə anladım ki dava var. Mətləbə dedim ki, gedib qarışmasın, özləri həll eləsinlər. Həmin vaxtda rəhmətlik Adil içkili halda qışqırırdı ki, nəyə gəlmisiniz, məni axtarırsınız? Onu gördüm ki, Adil qarşındakı adama bıçaq tulladı. Bu zaman qaranlıqda kim olduğunu sonradan bildiyim Samir adlı şəxsin rəhmətlik Adilin başına kubiklə vurduğunu gördüm. Orada "zerkalnı" nömrə olan bir maşın da vardı, səhv etmirəmsə, "444" nömrəsi vardı. Adil yerə yıxılandan sonra o maşının sürətlə uzaqlaşıb oradan yoxa çıxdığını gördüm. Mən Mətləblə ora çatanda maşınımı 15-20 metr aralıda saxlamışdım. Mətləb düşüb hadisə yerinə getdi, mən də maşınıma söykənib durdum. Hay-küy düşəndə maşını işə saldım ki, çıxıb gedim. Gördüm Mətləb ağzı qanaya-qanaya qayıdıb gəlir, burnundan qan süzülürdü. Çatan kimi dedi kimsə məni vurdu. Mən qayda-qanunlara əməl edən vətəndaş kimi ona dedim ki, hansısa bir xəta eləyibsə, bölməyə gedək. Mətləb ölən qardaşının qəbrinə and içdi ki, heç nə eləməyib".

Növbəti proses 27 aprel saat 14:30-a təyin olunub.

Xatırladaq ki, məlum hadisə 2024-cü ilin iyununda Mərdəkan çimərliyində qeydə alınıb.

Orada baş verən kütləvi dava zamanı Mətləb Süleymanov tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.

Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Mətləb Süleymanov Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.
//lent.az

Son xəbərlər