Mojo.az Banner
20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |     20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |    
Left Banner
Right Banner

İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır

13.04.2026 22:22 1 137
İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır
Son dövrlər qlobal iqtisadi proseslər, enerji, logistika və ərzaq qiymətlərində artım müşahidə olunur, həmçinin, rəqəmsal xidmətlərə tələbat sürətlə yüksəlib.

Maraqlıdır, bunun fonunda internet qiymətlərində artım ehtimalı varmı? Əgər belə bir ehtimal mövcuddursa, bunu şərtləndirən əsas faktorlar hansılardır?

Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert Elvin Abbasov bildirib ki, hazırda internetin qiymətinin artması ehtimal yox, qaçılmaz prosesdir.

"Telekommunikasiya sektoru elə sahədir ki, həm sürətlə dəyişir, həm də çox investisiya tələb edir. İstifadəçilərin sayı məhdud olsa da, internet trafikinin həcmi artır. Daha çox video izlənilir, oyun oynanılır, "bulud” xidmətlərindən istifadə olunur. Bu yükü eyni qiymət və eyni sürətlə uzun müddət saxlamaq real deyil.

Bununla yanaşı, avadanlıqların idxalı, valyuta dəyişiklikləri, enerji, logistika və daşınma xərcləri, provayderlərin əməkhaqqı fondu və digər amillər birbaşa maya dəyərinə təsir edir.

Digər kommunal xidmətlərdə qiymətlər dünya bazarındakı dəyişikliklərə uyğun tənzimləndiyi kimi, internet də eyni qaydada bu təsirlərdən kənarda qala bilməz. İnternetin qiyməti də məhz müvafiq dəyişikliklərə uyğun olaraq indekslənməlidir”, - E.Abbasov qeyd edib.

Ekspertin sözlərinə görə, burada əsas məsələ artımın olub-olmaması deyil, nə qədər artmasıdır: "Cəmiyyətin bu məsələyə həssas yanaşmasının səbəbi də budur ki, qiymətlər bizdə tez-tez yox, uzun fasilələrlə dəyişir. Ona görə də hər artım birdən-birə böyük görünür. Halbuki digər kommunal xidmətlərdə olduğu kimi, internet tariflərinə də mütəmadi, məsələn, illik baxılması daha sağlam yanaşmadır. Bu zaman qiymət artımı daha yumşaq olur və sürpriz effekti yaratmır.

Əslində qiymətlər dəyişsə də, bir məsələni nəzərə almaq lazımdır ki, yüksəksürətli paketlərin qiymətlərinin əlçatanlığı digər ölkələrə nisbətən aşağıdır və maksimal sürətlər 250 Mbit/s ilə limitlənir. Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar”.

"Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar.

Mənim ehtimalım odur ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20% civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar.

Kəskin qiymət artımları əvəzinə, bu tip yenilənmələr provayderlərə davamlı investisiya imkanı yaradır və istifadəçi üçün daha məqbul olur. Nəticə olaraq, qiymətləri uzun müddət sabit saxlamaq yox, sürət-qiymət balansını bazar və texnologiyaya uyğun tənzimləmək xidmət keyfiyyətinin qorunması üçün vacibdir”, - E.Abbasov əlavə edib.скачать dle 11.3
Mojo.az Banner