Mojo.az Banner
13:21 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ  |     13:19 Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz  |     13:17 Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO  |     13:15 Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR  |     13:14 Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)  |     13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |     13:07 Bacısının sevgilisini öldürən yeniyetmə: "Onların fotosunu "TikTok"da gördüm..." - TƏFƏRRÜAT  |     13:06 600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama  |     13:05 Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı  |     13:03 Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama  |     12:59 Eyni maaş alanlara niyə fərqli məbləğdə kredit verilir?  |     12:56 Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? - Hüquqşünas açıqladı  |     12:51 Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?  |     12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |     12:36 İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama  |    
Left Banner
Right Banner

Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır

13.04.2026 21:18 1 035
Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır
Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmini məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.

“Elektron davamiyyət” sistemi vasitəsilə:

· Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;

· Dərhal valideynlərin vatsap nömrəsinə bildiriş göndərilir;

· Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir.
скачать dle 11.3
Mojo.az Banner