Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi

10.04.2026 16:55 444
Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi
Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xüsusi texniki vasitələrlə qorunan həmin evdən aprelin 6-sı saat 03:13-də Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Əraziyə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman şübhəli şəxs mənzilin 1-ci mərtəbəsinin pəncərəsindən həyətə tullanaraq qaçmağa cəhd göstərib.

Əlində kəsici-deşici alət olmasına baxmayaraq, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxsin əvvəllər də talama cinayətləri etdiyinə görə dəfələrlə məhkum olunan 43 yaşlı Zakir Ordiyev olduğu müəyyən edilib.

Mənzilə baxış keçirilən zaman evə heç bir maddi ziyanın dəymədiyi müəyyən edilib. Hadisə yerindən isə cinayət törədən zaman evin pəncərəsini açmaq üçün istifadə etdiyi Z.Ordıyeva məxsus 1 ədəd vintaçan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən Z.Ordiyevin müxtəlif vaxtlarda Badamdar qəsəbəsində daha 3 evdən ümumilikdə 23 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər