Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Marneulidə azərbaycanlı merin çörəyin qiymətinə görə adam döyən qardaşına ittiham irəli sürüldü

08.04.2026 21:05 552
Marneulidə azərbaycanlı merin çörəyin qiymətinə görə adam döyən qardaşına ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürüb.

Median.Az
bu barədə Gürcüstan Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir.

*Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ

"Daxili İşlər Nazirliyində davam edən istintaq çərçivəsində müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində Marneuli bələdiyyəsində təsərrüfat fəaliyyəti ilə bağlı münaqişə zəminində ittiham olunan şəxs öz əlaltıları ilə birlikdə zərərçəkmişə dəyənəklərlə bədən xəsarətləri yetirib.

Elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunan şəxsi həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb ki, bu da üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə ittiham olunan şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının çıxarılması üçün məhkəməyə vəsatət verəcək.

Daxili İşlər Nazirliyində cinayətdə iştirakı olan digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istintaq davam etdirilir", - deyə prokurorluğun məlumatında bildirilir.скачать dle 11.3
Mojo.az Banner