Mojo.az Banner
13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |     13:07 Bacısının sevgilisini öldürən yeniyetmə: "Onların fotosunu "TikTok"da gördüm..." - TƏFƏRRÜAT  |     13:06 600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama  |     13:05 Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı  |     13:03 Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama  |     12:59 Eyni maaş alanlara niyə fərqli məbləğdə kredit verilir?  |     12:56 Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? - Hüquqşünas açıqladı  |     12:51 Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?  |     12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |     12:36 İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama  |     12:26 “Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA  |     12:13 Bu universitetlər birləşdirilə bilər  |     12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |     12:04 Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?  |     11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |    
Left Banner
Right Banner

Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi

08.04.2026 20:45 351
Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilmiş birgə yoxlama nəticəsində "Poniland” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.

Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.

IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin "Təbiətə Təcili Yardım” proqramı çərçivəsində fəaliyyət göstərən "1113” qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner