Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı

04.04.2026 22:43 1 335
Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı
Dünya turuna hazırlaşan Kanye Uest uzun müddətdir Türkiyədə verəcəyi konsertlə ə diqqət mərkəzindədir. İstanbulda baş tutması gözlənilən konsert, xüsusən də türk pərəstişkarları arasında böyük həyəcan yaratmışdı.
 
“Spotify”da siyahıda olan konsert tarixlərindən Türkiyənin qəfil yoxa çıxması sosial mediada tez bir zamanda panikaya səbəb olub. Bir çox insan konsertin ləğv olunduğunu düşünüb və şayiələr sürətlə yayılıb. Xoşbəxtlikdən, siyahıya edilən düzəliş və İstanbul konserti tezliklə yenidən görünüb və ləğv şayiələri səngiyib. 

Kanye Uest musiqi karyerası boyunca hip-hop və pop dünyasında iz buraxan saysız-hesabsız hit mahnılar yaradıb.
 
"Stronger", "Heartless", "Runaway", "Gold Digger", "Power" və "Praise God" kimi mahnıları ilə Uest böyük bir qlobal pərəstişkar bazasına çatıb. O, tez-tez təkcə musiqisi ilə deyil, həm də səhnə şouları və qeyri-adi ifaları ilə xəbər başlıqlarına çıxır. İllərdir siyahılarda birinci yerdə olan bu mahnılar reperin qlobal bir fenomenə çevrilməsinin ən böyük sübutudur.
 
Son zamanlar yeni tur hazırlıqları ilə xəbər başlıqlarına çıxan Kanye dünya tur planlarına Türkiyəni də daxil etməklə pərəstişkarlarını sevindirib.
 
30 mayda İstanbulda konsert verəcəyi barədə şayiələr yayılsa da, “Spotify” konsert cədvəlindən Türkiyə hissəsinin qəfil çıxarılması çaşqınlığa səbəb olub. Çoxları konsertin ləğv olunduğunu düşünürdü, amma hadisələr bunun müvəqqəti bir vəziyyət olduğunu göstərib. Həqiqətən də, qısa müddət sonra İstanbul konsertinin yenidən cədvəldə görünməsi pərəstişkarlara rahatlıq gətirib.
 //sfera.az

Son xəbərlər