Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - Video

03.04.2026 12:17 609
Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - Video
Qaxda məktəbin liseyə çevrilməsi valideynlərin narazılığına səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Qax şəhəri Dilarə Əliyeva adına 1 saylı tam orta məktəbin gələn dərs ilindən kimya-biologiya təmayüllü lisey kimi fəaliyyət göstərəcəyi barədə qərar verilib.

Valideynlər isə bu qərarı düzgün hesab etmirlər. Onların sözlərinə görə, belə dəyişikliklər həm təhsil prosesinə, həm də uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Onlar liseyin yaradılmasına qarşı olmasalar da, hazırda həmin məktəbdə oxuyan şagirdlərin yerində qalmasını istəyirlər.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, qərar təhsil müəssisələrinin optimallaşdırılması, resurslardan səmərəli istifadə və tədrisin keyfiyyətinin artırılması məqsədi daşıyır.

Qeyd olunub ki, dəyişikliklərlə bağlı əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.
скачать dle 11.3
Mojo.az Banner