Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Qoz, yoxsa badam: Hansı beyin üçün hansı daha faydalıdır?

02.04.2026 20:49 663
Qoz, yoxsa badam: Hansı beyin üçün hansı daha faydalıdır?
İnsanın qidalanması orqanizmin bütün funksiyalarına, o cümlədən beyin fəaliyyətinə birbaşa təsir edir. Mütəxəssislər bildirirlər ki, idrak qabiliyyətini və yaddaşı gücləndirmək istəyənlər qida rasionunda qoz-fındıq məhsullarına xüsusi yer ayırmalıdır.

Qaynarinfo-nun "Prevention" nəşrinə istinadən məlumatına görə, dietoloqlar qoz və badamın beyin sağlamlığına təsirini müqayisə edərək maraqlı nəticələrə gəliblər.

Qeyd olunur ki, qoz omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddə beyində neyronlar arasındakı əlaqələrin möhkəmlənməsinə kömək edir və yaddaşın yaxşılaşmasına təsir göstərir. Bundan əlavə, qozun tərkibində olan polifenollar güclü antioksidant və iltihabəleyhinə təsirə malikdir. Araşdırmalar göstərir ki, qozun müntəzəm istifadəsi xüsusilə yaşlı insanlarda idrak zəifləməsinin qarşısını ala bilər.

Badam isə əsasən yüksək E vitamini ilə seçilir. Bu vitamin beyin hüceyrələrini zədələnmədən qoruyur və neyrodegenerativ xəstəliklərin riskini azalda bilər. Mütəxəssislərin sözlərinə görə, E vitamini çatışmazlığı demensiya riskinin artması ilə əlaqələndirilir.

Bununla yanaşı, alimlər qeyd edir ki, qoz və badamın beyin üçün faydası onların ürək-damar sağlamlığına müsbət təsiri ilə də bağlıdır. Ürək və beyin bir-biri ilə sıx əlaqəli olduğundan, ürəyi qoruyan qidalar eyni zamanda idrak funksiyalarını da dəstəkləyir.

Mütəxəssislər bildirirlər ki, hər iki qida faydalı olsa da, birbaşa beyin təsirinə görə qoz bir qədər üstün hesab olunur. Buna səbəb isə onun tərkibindəki omeqa-3 yağ turşularının daha güclü neyroprotektiv təsirə malik olmasıdır.

Sonda vurğulanır ki, ən yaxşı nəticə üçün qoz və badamı balanslı şəkildə gündəlik qidalanmaya daxil etmək tövsiyə olunur.

Son xəbərlər