Mojo.az Banner
11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |     23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |    
Left Banner
Right Banner

Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi

31.03.2026 12:58 984
Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi
Xuliqanlıqda təqsirləndirilən Mayıl Bəşirovun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində sonuncu iclasda qərar elan edilib, şikayət qismən təmin edilib.

Belə ki, Tərtər Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə və "Konstitusiya və Suverenlik İli" ilə bağlı amnistiya aktına əsasən 2 il 6 aylıq həbs qərarı dəyişdirilib və müttəhimə şərti cəza verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azad olunub.

İttihama görə, hadisə 07 mart 2025-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində çayxanada baş verib.

Belə ki, Mayıl Bəşirov sərxoş vəziyyətdə çayxanaya gələrək heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. O, yüksək səslə nalayiq ifadələr işlədərək insanların istirahət hüququnu pozub və ətrafdakılara qarşı aqressiv davranış sərgiləyib.

Hadisənin gedişində təqsirləndirilən şəxs zərərçəkmiş Sahib Hacıyevlə (ad-soyad şərtidir - red.) mübahisə edərək onunla əlbəyaxa olub. Bu zaman o, çayxananın daxilində yerləşən əşyalara da zərər vuraraq zərərçəkmiş Fərrux Kərimov (ad-soyad şərtidir - red.) tərəfindən icarə əsasında istifadə olunan obyektə məxsus 16 ədəd stəkanı və 4 ədəd çayniki qəsdən sındırıb.

Bununla kifayətlənməyən Mayıl çayxananın qarşısına çıxaraq yerdən götürdüyü ağac parçası ilə Sahibə məxsus VAZ-2107 markalı avtomobilin ön alın şüşəsini sındırıb.

Hadisələrin davamına o, Sahibin evinin qarşısına gedərək nalayiq ifadələr işlədib.

Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan sonra isə Mayıl özü ilə əvvəlcədən gətirdiyi, istintaqa dəqiq məlum olmayan əşya ilə onun üz nahiyəsinə qəsdən zərbə endirərək Sahibə xəsarət yetirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin zədələr sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Hadisə nəticəsində o, Sahibə məxsus avtomobilə 60 manat, kafenin istifadəçisi olan Fərruxa isə 24 manat məbləğində maddi ziyan vurub.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə Mayıl Bəşirov törətdiyi əməldə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.скачать dle 11.3
Mojo.az Banner