Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq

30.03.2026 12:01 471
2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq
2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin "National Academy of Sciences" təşkilatının hesabatında yer alıb.

Bu barədə gazeta.ru-ya açıqlamasında "Attribute" klinikasının oftalmoloqu Yekaterina Bayandina danışıb.

Həkimin sözlərinə görə, geniş yayılmış fikrin əksinə olaraq, görmə qabiliyyətinin pisləşməsi smartfon və digər cihazlardan yayılan mavi işıqla deyil, ekranın gözlərə olan məsafəsi ilə bağlıdır.

O qeyd edib ki, mavi işığın əsas sübut olunmuş təsiri görməyə deyil, insanın bioloji saatına yönəlib:

"Laborator tədqiqatlarda tor qişanın hüceyrələri yüksək dozada mavi işığa məruz qaldıqda zədələnə bilər. Lakin real həyatda smartfonlardan yayılan mavi işıq təbii gün işığından təxminən min dəfə zəifdir. Buna görə də ekranlar görməyə zərər verəcək qədər güclü deyil. Amma qısa dalğalı mavi işıq melatoninin - yuxu və oyaqlıq dövrlərini tənzimləyən hormonun ifrazını azaldır. Axşam saatlarında cihazlardan istifadə beyni aldadaraq gündüz effekti yaradır, bu da yuxuya getmə müddətini uzadır və yuxunun keyfiyyətini pisləşdirir".

Bununla belə, həkim qeyd edir ki, qacetlərin görməyə zərər verdiyi fikri tam əsassız deyil:

"Smartfon və kompüterlər görməyə birbaşa təsir edir, lakin bu, mavi işıqla deyil, ekranın gözlərə yaxın olması ilə bağlıdır. Telefonu üzə çox yaxın tutmaq gözün fokuslanmasına cavabdeh olan akkomodasiya sisteminə əlavə yük yaradır. Gözlərimiz təbii olaraq uzağa baxmaq üçün formalaşıb. Uzun müddət yaxın məsafəyə fokuslanmaq siliyar əzələnin həddindən artıq işləməsinə səbəb olur. Əvvəlcə bu, akkomodasiya spazmı (yalançı miopiya) yaradır. Bu hal uzun müddət davam edərsə, göz alması uzanır və artıq həqiqi miopiya formalaşır".

Y.Bayandina görməni qorumaq üçün monitoru qol uzunluğu məsafəsində yerləşdirməyi, hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmağı və qaranlıqda parlaq ekran qarşısında işləməməyi tövsiyə edib.скачать dle 11.3
Mojo.az Banner