Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"

21.03.2026 18:07 2 433
İsrailin müdafiə naziri:
"İsrail və ABŞ qüvvələrinin İrandakı hədəflərə hücumlarının intensivliyi qarşıdakı günlərdə əhəmiyyətli dərəcədə artacaq".

Median.Az
"Ynet"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.

"İsrail və ABŞ ordularının İran rejiminə və bu ölkənin infrastrukturlarına qarşı həyata keçirəcəyi hücumların intensivliyi həftənin əvvəlindən (İsraildə həftə bazar günü başlayır - red.) xeyli artacaq. İsrail ordusu güclüdür və bütün hərbi məqsədlərə nail olunana qədər davam edəcəyik", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Son xəbərlər