Mojo.az Banner
16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda 38 yaşlı qadının ölümünə xəstəxanada vurulan iynə səbəb olub? - Video

18.03.2026 12:15 648
Abşeronda 38 yaşlı qadının ölümünə xəstəxanada vurulan iynə səbəb olub? - Video
Abşeronda xəstəxanada iynədən şoka düşdüyü ehtimal edilən qadın evində ölüb. İlkin məlumata görə, 38 yaşlı Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, tibb müəssisəsində ona iynə vurulub. Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, mərhum martın 15-də saat 23:41-də tibb müəssisəsinə müraciət edib. Həkim müayinəsindən sonra ona ringer laktat məhlulu ilə serum köçürülüb. Tibbi prosedur başa çatdıqdan sonra pasiyent özünü normal hiss etdiyini bildirib və daha sonra xəstəxananı tərk edərək evinə gedib. Tibb müəssisəsinin açıqlamasında vurğulanır ki, ringer tibbdə geniş istifadə olunan və insan həyatı üçün təhlükə yaratmayan standart məhlullardan biridir.

"Bu səbəbdən həmin məhlulun vurulmasının ölümə səbəb olması ehtimalı mümkün hesab edilmir. Pasiyentin xəstəxanada vurulan iynədən dərhal sonra vəfat etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir. Mümkündür ki, mərhumun əvvəldən mövcud olan ağır xəstəliyi olub və bu barədə tibbi heyətə məlumat verilməyib", - deyə açıqlamada qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner