Mojo.az — elanlar
Son Xəbərlər
19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qoşa Qala meydanında İlaxır çərşənbə qeyd olunub

17.03.2026 22:30 519
Qoşa Qala meydanında İlaxır çərşənbə qeyd olunub
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.

Oxu.az PhotoStock.az-a istinadən xəbər verir ki, bu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. İlaxır çərşənbədə bütün gün davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır.

Üzərlik yandırılır, tonqal qalanaraq üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atmalıdırlar.

Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Ölkənin hər yerində xüsusi qeyd olunan Torpaq çərşənbəsində küçələrdə əsl bayram ab-havası hiss olunur.

Bayram ənənələri bir çox yerdə olduğu kimi İçərişəhərin tarixi siması olan Qoşa Qala meydanında da xüsusi coşqu ilə qeyd edilir.

Son xəbərlər