Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX Prezidentin ailəsini şantaj edəni saxladı - Video

17.03.2026 21:37 672
DTX Prezidentin ailəsini şantaj edəni saxladı - Video
Bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyava haqda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.

Azxeber.com İTV-yə istinadən Prezident İlham Əliyevin ailəsinə qarşı həyata keçirilən şər kampaniyası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin materiallarına əsaslanan araşdırmanı təqdim edir:

Məlumatda deyilir ki, bloqerlərin qarayaxma və böhtan kampaniyasına başlaması ilə eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış mobil nömrə ilə əlaqə saxlamağa çalışır.

Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir.



Faktla əlaqədar DTX-də CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılır.

Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılır. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.

Qeyd edək ki, həmin şəxslə bağlı məhkəmə hökmü olmadığından onun kimliyi hələlik anonim saxlanılır.

"11 fevralda Mehman Hüseynovla əlaqə yaratmaq istədim və feysbuk səhifəsində ona mesaj göndərərək xahiş etdim ki, həmin videoları mənə göndərsin. Çox qısa zaman sonra Elman Əliyev və Zəki Səlimov həmin materialları mənə atdılar. Hətta, Elman Əliyev 2 video atmışdı. Baxandan sonra inanmadım ki bu doğru videolardır.

Bütün məlumatları əldə etdikdən sonra Mehriban, Arzu və Leyla Əliyevaların feysbuk səhifələrində mesaj yazdım ki, Alena xanımın şəxsi həyatından əldə etdiyim materiallar var. İşarə etdim ki, onlarla əlaqə saxlamaq istəyirəm. Heç bir reaksiya olmadığına görə fevralın 15-i Heydər Əliyev Fondunun saytında məktub yazıb öz e-mailimi və mobil nömrəmi qoydum. Bildirdim ki, mənimlə əlaqə saxlamasalar, bu məlumatları bütün dünyaya yayacağam”, saxlanılan şəxs bildirib.

Daha ətraflı reportajda:

Son xəbərlər