Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində 2000 illik spirtli içki aşkarlandı

17.03.2026 12:13 717
Çində 2000 illik spirtli içki aşkarlandı
Çinin Henan əyalətində arxeoloji qazıntılar zamanı tapılan bürünc qabın daxilində 2 000 illik tarixi olan spirtli içki aşkar edilib.

Bu barədə "Journal of Archaeological Science: Reports" jurnalı məlumat yayıb.

Pekin Elm və Texnologiya Universitetinin əməkdaşı Vey Şuinin rəhbərlik etdiyi tədqiqat qrupu qabın tərkibini müəyyən etmək üçün müasir kimyəvi analiz metodlarından (qaz və maye xromatoqrafiyası) istifadə ediblər. Əldə olunan nəticələr hazırda Şərqi Asiyada geniş yayılan beş növ müasir içki, o cümlədən "huansyu" ilə müqayisə olunub.

Kimyəvi analizlər qabda spirtli içkilərə xas olan xüsusi turşuların mövcudluğunu üzə çıxarıb. Tədqiqatçılar bu qədim içkinin darı və digər dənli bitkilərdən hazırlandığı qənaətinə gəliblər. Ehtimal olunur ki, içkinin dadını və ətrini yaxşılaşdırmaq üçün ona meyvə spirti də əlavə edilib. Bu iddia mikroskopik müayinələr nəticəsində təsdiqini tapıb.

Son xəbərlər