Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO

16.03.2026 12:55 1 182
Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsindən sonra dünyasını dəyişən 25 yaşlı Ümid Nicat oğlu Möhübbətovla bağlı bəzi detallar məlum olub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Separadi kəndi ərazisində, körpü üzərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Masallı rayonu Mahmudavar kənd sakini 2005-ci il təvəllüdlü Sultan İlkin oğlu Hacıyevin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobilin 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sərnişin qismində olan həmyerlisi 21 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da xəsarətləri ağır olub və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlum olub ki, həyatını itirən gəncin Masallı rayonunun tanınmış həkimlərindən biri olan Nicat Möhübbətovun övladı imiş. O, Türkiyədə təhsil alırmış və bir müddət əvvəl ölkəyə qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.

Median.Az
"Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstruksiyasına çırpılıb. Maşın təxminən 20 metr hündürlükdən çaya aşıb.

Qəza nəticəsində sərnişin, Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin isə ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər