Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi

14.03.2026 21:40 798
Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi
Türkiyənin Adana şəhərindəki Yeşiloba hipodromunda yarışan və üç birinciliyi olan 4 yaşlı ingilis cinsli "Smart Latch” adlı yarış atının zədələndikdən sonra kəsilərək ətindən qovurma hazırlanıb xeyriyyə aşxanasında paylandığı iddiası ilə bağlı qalmaqal ortaya çıxıb. 

Median.Az xəbər verir ki, atın sahibi iş adamı Suat Topçuya da "atın hədiyyə edilməsi barədə rəsmi bildiriş verilməməsi” səbəbi ilə 132 min 108 türk lirəsi (təxminən 5086 manat) məbləğində cərimə tətbiq edildiyi məlum olub.

Mersin Böyükşəhər Bələdiyyəsinin aşxanasında yemək yeyən bir şəxs qovurmanın içindən yad cismin çıxması ilə bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə şikayət edib. Nazirliyə bağlı Qida və Nəzarət Baş İdarəsinin əməkdaşları araşdırma zamanı yeməkdən çıxan cismin Adana Yeşiloba hipodromunda yarışmış "Smart Latch” adlı atın elektron identifikasiya çipi olduğunu müəyyən ediblər.

Qida nümunələri laborator analizə göndərilib və nəticədə qovurmanın at ətindən hazırlandığı təsdiqlənib. Araşdırma nəticəsində ətin məhz "Smart Latch” adlı ingilis yarış atına aid olduğu müəyyən olunub.

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi martın 12-də açıqladığı saxtalaşdırılmış qida siyahısında Mersin Böyükşəhər Bələdiyyəsinin aşxanasında bişirilən qovurmada təkdırnaqlı heyvan ətinin aşkarlandığını bildirib. Hadisənin ictimaiyyətə məlum olmasından sonra Mersin Böyükşəhər Bələdiyyəsi də açıqlama verərək aşxanada istifadə olunan ətin qanunvericiliyə uyğun şəkildə təmin edildiyini bildirib.

Atın sahibi, iş adamı Suat Topçu bildirib ki, "Smart Latch” sonuncu dəfə 14 oktyabr 2025-ci ildə Adana hipodromunda yarışıb və həmin yarışı yeddinci yerlə başa vurub. Bundan sonra isə ayağındakı zədə səbəbi ilə yarışlardan çıxarılıb.

Topçu qeyd edib ki, zədədən sonra atı etibarlı bir yerə hədiyyə etmək üçün axtarış aparıblar və nəqliyyatçı tanışının tövsiyəsi ilə atı Osmaniyədəki bir atçılıq klubuna pulsuz şəkildə veriblər. O, hadisədən yalnız Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşları ona zəng etdikdən sonra xəbər tutduğunu deyib:

"Onu atçılıq klubuna təhvil vermişdim. Nazirlik əməkdaşları zəng edəndən sonra baş verənləri öyrəndim və sözün həqiqi mənasında sarsıldım. Yaxşılıq etmək istəyərkən belə bir pisliyə səbəb olmaq çox ağır hissdir. Mənə də cərimə yazıldı. Atı hədiyyə etdiyimiz barədə rəsmi bildiriş verməli imişik. 132 min lirə cərimə kəsildi. Biz də, atı təhvil alanlar da ifadə verdik. Nazirliyin başladığı araşdırma hələ də davam edir".//qaynarinfo

Son xəbərlər