Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi

13.03.2026 21:09 726
Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi
Yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Samirə Quliyeva şahid qismində ifadə verib.

O bildirib ki, hadisə barədə bir gün sonra xəbər tutub:

"Uşaqlara əvvəlcə qızımın öldüyünü deməyiblər. Ziyəddinin qardaşı uşaqları parka gəzməyə aparanda orada onlara "Ananınız mələk olub göyə uçdu"-deyib. Qayıdanda qız nəvəm dedi ki, "Nənə, mən anamın öldüyünü bilirəm. Nəvəm deyir ki, həmin gün oyananda gördüm ki, atam ananın boğazında oturub. Soruşdum ki, ata, neyləyirsən? Ata dedi ki, "Ananın ürəyi gedib, onu ayıldıram, get başını qoy yat". Bu vicdansız balama zülm verib, işgəncə ilə onu öldürüb. Barışıqdan söhbət belə gedə bilməz. Mən haqq-ədalətin bərpa olunmasını, balamın qatilinin layiqli cəzasını çəkməsini istəyirəm".

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində Bakının Əhmədli qəsəbəsində baş verib. Belə ki, ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürüb.

O, hadisədən sonra könüllü polisə təslim olunub.

Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər