Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mikromobillik vasitələrindən istifadə edənlərin sayı təxminən 3 dəfə artıb

12.03.2026 19:43 333
Mikromobillik vasitələrindən istifadə edənlərin sayı təxminən 3 dəfə artıb
Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 219 412 dəfə sifariş olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə mikromobillik vasitələri 83 415 dəfə sifariş edilib.

Bildirilib ki, nəzərəçarpacaq artım xüsusilə velosipedlərin sifarişində qeydə alınıb: 8,8 dəfə. Belə ki, 2025-ci ilin fevralında velosiped 7 349 dəfə sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 64 339 dəfə sifariş edilib.

Cari ilin fevral ayında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 110 658 nəfər təşkil edib. Bu, 2025-ci ilin fevral ayının göstəricilərindən 2,2 dəfə çoxdur. Ötən ilin fevralında mikromobillik vasitələri istifadəçilərinin sayı 50 910 nəfər olub.

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin fevral ayında 434 min kilometrdən çox yol qət edilib. Bu, ötən illə müqayisədə 2 dəfədən çoxdur. 2025-ci ilin fevralında mikromobillik vasitələri ilə qət edilən məsafə 201 min kilometr təşkil edib.

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.

Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir.

Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 5018, velosiped sayı isə 2200-dür.скачать dle 11.3
Mojo.az Banner