Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək (Video)

11.03.2026 20:09 402
“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək (Video)
“8 Noyabr” prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir, bəzi hissələrdə relslər artıq tam sökülüb.

Median.Az
"Xəzər Xəbər"ə istinadən xəbər verir ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür.

Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir.

“8 Noyabr” prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə aparılan söküntü işləri Sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq “Nargilə” kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 km olan və diametri 2000 mm dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər