Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir Xankəndidə şagirdlərlə yumurta döyüşdürdü - FOTO

10.03.2026 16:37 420
Nazir Xankəndidə şagirdlərlə yumurta döyüşdürdü - FOTO
Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.

Median.Az xəbər verir ki, nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib. 
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb. 

Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib. 

Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub.

Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib. Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner