Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"

07.03.2026 21:05 807
DMM:
Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı yayılan bəzi məlumatların dezinformasiya xarakteri daşıya biləcəyi barədə xəbərdarlıq edib.

Median.Az xəbər verir ki, bu barədə qurumun "X" hesabında yayılan açıqlamada bildirilib.

Qeyd olunub, son günlər bölgədə baş verən hadisələrlə əlaqədar sosial şəbəkələrdə və bəzi platformalarda Azərbaycan və iki ölkə arasındakı münasibətlərə qarşı tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur.

Açıqlamada vurğulanıb ki, Türkiyə və Azərbaycan sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə bağlıdır və keçmişdə də bir çox sınaqlardan uğurla çıxıblar.

Qeyd olunub ki, prezidentlər Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər bütün səviyyələrdə "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf etdirilir.

DMM ictimaiyyəti bu qardaşlığa zərər verə biləcək manipulyativ məlumatlara qarşı diqqətli olmağa və rəsmi qurumların açıqlamalarını əsas götürməyə çağırıb.

Son xəbərlər