Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Cahit Bağçı: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür”

19.05.2021 11:53 2 451
Cahit Bağçı: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür”
“Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir və spesifik xüsusiyyətə malikdir”.

Bunu “Report”a müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq üzərində qurulub:

“Bu baxımdan münasibətlərimizi qarşılıqlı mənfəət götürmək üçün qurulan əlaqələr kontekstində qiymətləndirmək mümkün deyil. Qardaşların bir-biri ilə münasibətləri yaxşı və pis günlərdə eyni olur və dəyişmir. Pis günlərdə daha çox şeyə ehtiyac var və o zaman həqiqət ortaya çıxır. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. İki ölkənin yaxın tarixi buna şahiddir. Anadolunun düşmən hücumlarından qorunmasından indiyədək hər cəbhədə olduğu kimi Çanaqqalada da şəhid olan azərbaycanlı qardaşlarımız var. Eynilə, Anadolunun igid oğulları Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik istilasına qarşı döyüşmək üçün gəldilər və Quba, Gəncə, Bakıda şəhid oldular, ancaq ata-baba yurdlarını düşmənə təslim etmədilər. Münasibətimizin xəmiri Anadolu və Qafqazda axan qardaşlarımızın qanı ilə yenidən yoğrulubdur. Buna görə də güclü və möhkəmdir”.

C.Bağçının sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər hər sahədə inkişaf edib və sürətlə inkişaf edir:

“İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər iki dövlət başçısı arasındakı münasibətlər deyil. Bu dostluq münasibətidir. Onların möhkəm siyasi iradəsi və yaxın dostluğu münasibətlərimizə böyük bir təkan verir”.

Son xəbərlər