Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək

07.03.2026 14:09 474
Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək
"Martın 16-da 3I/ATLAS adlı ulduzlararası kometası Yupiterə ən yaxın nöqtədən keçəcək".

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, hesablamalara əsasən, obyektin Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 au (astronomik vahiddir və 1 au = 150 milyon km), yəni təxminən 53 milyon kilometr olacaq. Bu, kosmik miqyasda yaxın keçid sayılsa da, obyekt üçün heç bir toqquşma riski yaratmır.

3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometadır. O, 2025-ci il iyulun 1-də ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçərək yenidən ulduzlararası fəzaya qayıdacaq. Bu obyekt Günəş sistemindən keçdiyi təsdiqlənmiş üçüncü ulduzlararası obyektdir.

Alimlər üçün bu yaxınlaşmanın əsas əhəmiyyəti Yupiterin güclü cazibə sahəsinin obyektin trayektoriyasına necə təsir etdiyini izləməkdir. Mövcud hesablamalara görə, Yupiter bu kometanı öz orbitində "tuta" bilməyəcək, lakin onun hərəkətində kiçik qravitasiya dəyişiklikləri yarada bilər. Obyektin Günəşə ən yaxın keçidi isə 2025-ci il oktyabrın 29-da baş verib. Həmin vaxt o, Günəşdən təxminən 1.36 au məsafədən keçib.

Alimlər qeyd edirlər ki, 3I/ATLAS kimi ulduzlararası obyektlərin müşahidəsi çox nadir hadisədir. Bu cür cisimlər başqa ulduz sistemlərində formalaşmış maddənin bir növ "elçisi" kimi qiymətləndirilir və onların öyrənilməsi kosmosun müxtəlif yerlərində planet sistemlərinin necə yarandığını daha yaxşı anlamağa imkan verir.

Son xəbərlər