Mojo.az Banner
23:01 Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub  |     22:53 Mikayıl Cabbarov iclas keçirdi  |     22:48 Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR  |     22:40 Latviya Rusiyaya etiraz notası təqdim etdi  |     22:34 Dünya çempionu olsalar da, rekord məbləğdə vergi ödəyəcəklər  |     22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |     21:54 Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO  |     21:46 Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür  |     21:40 Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı  |     21:32 "Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"  |     21:27 Evini sığortalamayanları nə gözləyir?  |     21:19 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı  |     21:14 Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama  |     21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |    
Left Banner
Right Banner

Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı

06.03.2026 22:55 441
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
Milli Hidrometeorologiya Xidməti bayram və istirahət günlərində ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə ediləcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq.

Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti müşahidə ediləcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.скачать dle 11.3
Mojo.az Banner