Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan sonra növbədə Kubadır? - Trampdan İLGİNC AÇIQLAMA

06.03.2026 14:13 1 029
İrandan sonra növbədə Kubadır? - Trampdan İLGİNC AÇIQLAMA
ABŞ İrana qarşı hərbi əməliyyatını başa çatdırdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətindədir.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. O, həmçinin Kuba kökənli dövlət katibi Marko Rubioya da müraciət edərək deyib ki, ora qayıtmaq zaman məsələsidir:

"Marko, sən əla çalışırsann, Kuba adlı bir yerlə bağlı fantastik iş görürsən. Ora ilə baş verənlər heyrətamizdir. Amma biz əvvəlcə bunu (İran nəzərdə tutulur - red.) bitirmək istəyirik. Sizin və bir çox insanın Kubaya qayıtması yalnız zaman məsələsidir. Ümid edirəm ki, orada qalmayacaqsınız. Biz sizin geri qayıtmağınızı istəyirik".

Ağ Ev rəhbəri açıqlamasında Venesueladan da danışıb. O, sözügedən ölkədə işlərin yaxşı getdiyinə əmin olduğunu bildirib:

"Delsi Rodrigez (Venesuelanın müvəqqəti prezidenti - red.) və onun ətrafı bizimlə işləyərək fantastik bir iş görürlər. Biz Venesueladan yüz milyonlarla barel neft alırıq və onu Hyustona, digər neft emalı zavodlarına göndəririk. Biz onlara illərdir qazandıqlarından daha çox pul göndəririk".

Xatırladaq ki, bundan əvvəl "The Atlantic" qəzetinin özəl mənbələrə istinadən verdiyi məlumatda ABŞ-nin Kubaya qarşı hərbi əməliyyatı nəzərdən keçirdiyini bildirilmişdi.

Son xəbərlər