Mojo.az Banner
22:59 Fransa İrana zərbə üçün bazalarını açdı  |     22:51 Çin dünyaya dizel və benzin satışını dayandırdı  |     22:46 Keçən ay neçə uşaq övladlığa verilib? - RƏSMİ  |     22:44 İrandan atılan raket Türkiyənin hava məkanında vurulub  |     22:41 Ramazan ayının on altıncı gününün imsak, iftar və namaz vaxtları  |     22:40 İrakli Kobaxidze İlham Əliyevə zəng edərək Naxçıvana dron hücumunu pisləyib  |     22:33 Donald Tramp: "İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm"  |     22:11 Bakıda bu müəssisə bağlandı - RƏSMİ  |     21:55 Qlobal fəlakət yaxınlaşır: Yalnız belə qorunmaq olar  |     21:50 Tokayev İranın Naxçıvana hücumu barədə: "Bu hadisə hərtərəfli araşdırılmalıdır"  |     21:42 Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır  |     21:34 Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanılıb - VİDEO  |     21:27 Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək  |     21:20 Əməkdar artist müdir vəzifəsinə təyin olundu – FOTO  |     21:14 Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub  |     21:11 Qara geyimlərin ömrünü uzadan sadə üsullar  |     20:44 BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirib  |     20:36 Bolqarıstanın 10-dan çox diplomatı İrandan Azərbaycana təxliyə olunub - FOTO  |     20:27 13 növ xərçəng riski - Şirniyyatsevərlər diqqət  |     20:20 Edqars Rinkeviçs Prezident İlham Əliyevə zəng edib  |    
Left Banner
Right Banner

İranın Naxçıvana dron hücumu ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

05.03.2026 16:50 147
İranın Naxçıvana dron hücumu ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.

"Hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.

Bundan başqa, hadisə nəticəsində dörd nəfər mülki şəxs:

Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:

- 1986-cı il təvəllüdlü Reyhanə Sabir qızı Vəliyeva,

- 1996-cı il təvəllüdlü Zülfüqar Məmməd oğlu Zülfüqarlı,

- 1996-cı il təvəllüdlü Mehdi Mətləb oğlu Əsgərov və

- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Əsəd Vidadi oğlu Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hazırda cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də, müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətləri icra olunur.

Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.

İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaq.

Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji infrastruktur obyektlərinin hədəf alınması beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatların verilməsi təmin ediləcək.

İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş iki ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır", - məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner