Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib

04.03.2026 22:02 423
Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib
Dövlət Dəniz və Liman Agentliyi Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzində Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ) sisteminin proqram təminatını müasirləşdirib.

Bu barədə Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, məqsəd dəniz təhlükəsizliyinin daha da gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsidir.

Yenilənmə nəticəsində sistemin funksionallığı genişləndirilib, məlumatların emal sürəti və dəqiqliyi artırılıb, həmçinin kibertəhlükəsizlik səviyyəsi gücləndirilib. Aparılan texniki təkmilləşdirmələr real vaxt rejimində gəmilərin izlənməsini daha operativ və etibarlı şəkildə həyata keçirməyə imkan verir.

Proqram təminatı Azərbaycanın qoşulduğu "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın (SOLAS-74) tələblərinə, o cümlədən Beynəlxalq Mobil Peyk Təşkilatının (IMSO – International Mobile Satellite Organization) standartlarına tam uyğunlaşdırılıb.

Sistem Azərbaycan bayrağı altında üzən gəmilərin uzaq məsafədən tanınması və izlənməsinin daha effektiv həyata keçirilməsinə şərait yaradır. Aparılan işlər dənizdə hərəkətin monitorinqi, potensial risklərin vaxtında müəyyən olunması və fövqəladə hallara operativ reaksiya imkanlarını genişləndirir.

Eyni zamanda, proqram təminatı regional və beynəlxalq məlumat mübadiləsi platformaları ilə inteqrasiyanı daha yaxşı təmin edir, dənizdə axtarış-xilasetmə mərkəzləri, gəmi sahibləri, eləcə də gəminin identifikasiyası və hərəkətinə nəzarət üçün zəruri mövqe məlumatlarına ehtiyac duyan digər aidiyyəti istifadəçilərlə məlumat mübadiləsini həyata keçirir.скачать dle 11.3
Mojo.az Banner