Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kuryer xidməti bahalaşacaq — AÇIQLAMA

04.03.2026 21:49 483
Kuryer xidməti bahalaşacaq — AÇIQLAMA
Daxili İşlər Nazirliyi-nin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) moped sürücülərinə müraciət edib. Bildirilib ki, martın 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq. Bu qərar xüsusilə gündəlik qazancını mopeddən çıxaran yüzlərlə insan üçün ciddi dəyişiklik deməkdir. Bəziləri üçün əlavə xərclər və sənədləşmə proseduru çətinlik yarada bilər. Belə olan halda alternativ nəqliyyat vasitələrinə, xüsusilə velosipedə marağın artacağı istisna edilmir.

Median.Az
-ın məlumatına görə, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a bildirib ki, “A1” kateqoriyalı vəsiqə, qeydiyyat və nömrə nişanı tələbi ilkin mərhələdə əlavə xərclər və vaxt itkisi deməkdir:

“Bu isə xüsusilə gündəlik qazancını mopeddən çıxaran kuryerlər və çatdırılma xidməti göstərən şəxslər üçün qısamüddətli çətinliklər yarada bilər. Əmək bazarına təsir əsasən çatdırılma sektorunda hiss oluna bilər. Sənədləşmə xərclərini qarşılaya bilməyən və ya proseduru keçmək istəməyən bəzi sürücülər bazardan müvəqqəti və ya tamamilə çıxa bilər. Bu da təklifin azalmasına, nəticədə isə xidmət göstərənlərin sayında qısamüddətli azalmaya səbəb ola bilər. Qaydaların sərtləşdirilməsi sektorda daha rəsmi və təhlükəsiz iş mühiti formalaşdıra, uzunmüddətli perspektivdə isə peşəkarlaşmanı artıra bilər”.

O deyib ki, sözügedən qərarın kuryer qiymətlərinə təsir ehtimalı yüksəkdir:

“Əlavə xərclər sürücülük vəsiqəsinin alınması, qeydiyyat rüsumları, texniki tələblər xidmətin maya dəyərini artırır. Əgər bazarda kuryer sayı azalarsa, bu da qiymətlərə təzyiq yaradacaq. Qısamüddətli dövrdə çatdırılma qiymətlərində təxminən 5-15 faiz arası artım mümkündür. Artımın dəqiq səviyyəsi bazardakı rəqabətdən, platformaların subsidiyalaşdırma siyasətindən və sürücülərin nə dərəcədə tez uyğunlaşmasından asılı olacaq. Ümumilikdə qərar ilkin mərhələdə qiymət artımı və bazarda daralma yarada bilər, lakin uzunmüddətli perspektivdə daha nizamlı və təhlükəsiz nəqliyyat mühiti formalaşdırmaq potensialına malikdir”.скачать dle 11.3
Mojo.az Banner