Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər

03.03.2026 20:46 522
Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər
Halsızlıq əksər hallarda sadə yorğunluq deyil: qan azlığı, qalxanvari vəzi problemləri və ya vitamin çatışmazlığı kimi səbəblərin əlaməti ola bilər.

Qaynarinfo xəbər verir ki, uzun müddət davam edən enerji düşüklüyü həyat keyfiyyətinə birbaşa təsir göstərir, lakin düzgün diaqnoz və həyat tərzi dəyişiklikləri ilə nəzarət altına alınmaq mümkündür. Elmi əsaslı 5 qızıl tövsiyə ilə gün boyu daha dinamik və enerjili olmaq mümkündür.

Halsızlığı normal qəbul etməyin

Halsızlığın yalnız iş yükü və ya stress nəticəsi olmadığını, qalxanvari vəzi problemləri və qan azlığından tutmuş müxtəlif xəstəliklərin ilkin əlaməti ola biləcəyini vurğulayan daxili xəstəliklər üzrə mütəxəssis Dos. Dr. Rıdvan Sivritepe deyib:

"Daimi yorğunluq qan azlığı, qalxanvari vəzi xəstəlikləri, diabet, vitamin–mineral çatışmazlığı və ya xroniki infeksiyaların ilk əlaməti ola bilər. Buna görə də uzanan halsizlik mütləq tibbi olaraq qiymətləndirilməlidir".

Vitamin çatışmazlığı ən çox rast gəlinən səbəblər arasındadır

Xüsusilə bəzi vitamin və mineral çatışmazlıqlarının halsızlığın ən yayılmış səbəbləri olduğunu qeyd edən Dos. Dr. Sivritepe əlavə edib:

"Dəmir çatışmazlığı, B12 və D vitamini azlığı halsızlığın ən geniş yayılmış və asan müalicə edilə bilən səbəbləridir. Lakin əlavələr təsadüfi deyil, mütləq qan analizlərinə əsaslanaraq planlaşdırılmalıdır"

Yuxu keyfiyyəti enerjiyə birbaşa təsir edir

Nizamsız yuxunun yorğun oyanmanın əsas səbəblərindən biri olduğunu bildirən mütəxəssis deyib:

"Gec saatlara qədər ekran qarşısında qalmaq, nizamsız yuxu saatları və fasiləli yuxu gün boyu halsızlığa səbəb olur. Hər gün eyni saatlarda yatıb oyanmaq bioloji ritmi tənzimləyərək enerji səviyyəsini artırır".

Qan şəkərini dalğalandıran qidalanmaya diqqət

Qidalanma vərdişlərinin də halsızlıq üzərində böyük təsiri olduğunu vurğulayan Dos. Dr. Sivritepe bildirib:

"Sadə karbohidratlarla zəngin və nizamsız qidalanma gün ərzində ani enerji düşüşlərinə səbəb olur. Zülal, lif və sağlam yağlarla zəngin balanslı qidalanma isə halsızlıq şikayətlərini əhəmiyyətli dərəcədə azaldır".

Hərəkətsizlik də halsızlığın səbəbidir

Çoxlarının yorğunluğunu istirahət edərək aradan qaldırmağa çalışdığını, lakin hərəkətsizliyin də halsızlığa səbəb ola biləcəyini izah edən Dos. Dr. Sivritepe deyib:

"Paradoks kimi görünsə də, müntəzəm və yüngül–orta səviyyəli məşq bədənin enerji istehsal mexanizmlərini gücləndirir. Həftədə ən az 3 gün sürətli gediş belə enerji səviyyəsini ciddi şəkildə artırır".

Zəngli saat kimi qiymətləndirilməlidir

Halsızlığın bədənin verdiyi önəmli xəbərdarlıq olduğunu vurğulayan mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Halsızlıq tək başına xəstəlik deyil. Əgər davamlı olursa, altında yatan səbəb mütləq araşdırılmalı və müalicə fərdi olaraq planlaşdırılmalıdır. Təsadüfi əlavələrdən daha düzgün diaqnoz və müalicə ən sağlam yanaşmadır".скачать dle 11.3

Son xəbərlər