Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı (SİYAHI)

03.03.2026 18:46 612
Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı (SİYAHI)
Lənkəran, Şəki, Yevlax, Mingəçevir və Şirvan şəhərlərinin icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

Median.Az
İqtisadiyyat.az-a istinadla xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı dörddən üçə endirilib.

Məlumata görə, yeni struktur dəyişikliyi ilə əlaqədar sözügedən şəhərlərin icra hakimiyyəti başçılarının müavinlərinin yeni vəzifələri müəyyənləşib:

- Başçının birinci müavini,

- Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,

- Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.

Xatırladaq ki, əvvəllər bu şəhərlərin icra başçılarının müavinlərindən biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.

Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərlərin sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür. Naftalan Şəhər İcra Hakimiyyətində isə başçının birinci müavini vəzifəsi mövcud deyil və cəmi iki müavin postu var.скачать dle 11.3
Mojo.az Banner