Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Instagram"da erotik rəqs edən, bədənini göstərən qadın CƏZALANDIRILDI

03.03.2026 12:50 864
Sosial şəbəkədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan foto və videolar paylaşan qadın inzibati məsuliyyətə cəlb edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, prokurorluq tərəfindən 1996-cı il təvəllüdlü S.Abbasova barəsində protokol tərtib olunub.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən tərtib edilən protokola Suraxanı Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, fiziki şəxs S.Abbasova "Instagram"da 140 mindən artıq abunəçisi olan profilə sahibdir. O, bəzi görüntülərdə erotik, o cümlədən xarici dildəki mahnı sədaları altında oriental rəqsin hərəkətlərini icra edib. Digər görüntülərdə isə hər hansı paltar satışı niyyəti olmadan, geyim brendinin loqosu göstərilmədən bədəninin əksər hissələrini nümayiş etdirərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirməklə cəmiyyətə açıqcasına hörmətsizlik edib.

Məhkəmənin qərarı ilə S.Abbasova 1000 manat cərimələnib.

Son xəbərlər