Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda neçə talassemiya xəstəsi var? - RƏSMİ CAVAB

28.02.2026 17:41 399
Azərbaycanda neçə talassemiya xəstəsi var? - RƏSMİ CAVAB
Talassemiya dünyada milyonlarla insanı təsirləndirən irsi qan xəstəliyidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son rəqəmlərinə görə, qlobal miqyasda təxminən 270 milyon insan talassemiya daşıyıcısıdır. Hər il dünyada 300 minə yaxın uşaq bu diaqnozla doğulur. Xüsusilə Aralıq dənizi hövzəsi, Yaxın Şərq və Cənubi Qafqazda geniş yayılan bu xəstəlik, hemoqlobinin sintezinin pozulması ilə xarakterizə olunur.

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən (MHTM) modern.az-ın sorğusuna verilən cavabda hazırda ölkəmizdə 3190 nəfər talassemiya xəstəsinin rəsmi qeydiyyatda olduğu bildirilir. Pasiyentlər tam şəkildə dövlət hesabına müalicə və dərman preparatları ilə təmin olunur.
"Talassemiya xəstələrinin dərman preparatları, qan komponentləri, müayinələri və zəruri laborator analizləri dövlət tərəfindən qarşılanır. Mərkəzimizdə xəstələrə davamlı transfuziya (qan köçürmə) və dəmir yüklənməsinin qarşısını alan xelat terapiyası tətbiq edilir," – deyə MHTM-dən bildirilib.

Həkimlər vurğulayırlar ki, vaxtında diaqnostika və sistemli müalicə talassemiya xəstələrinin normal həyat keyfiyyətini qoruması üçün həlledici amildir.скачать dle 11.3
Mojo.az Banner