Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır |
Mojo.az Avto
Mojo.az Avto

İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR - VİDEO

28.02.2026 13:54 636
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR - VİDEO
İsrail və ABŞ qüvvələri İran ərazilərinə zərbələr endirməyə davam edir.

Median.Az
xəbər verir ki, İran mediası cənubdakı Bəndər Abbas liman şəhərinə hava hücumlarının edildiyini və bunun İran Hərbi Dəniz Qüvvələrini hədəfə aldığı ehtimalını bildirir.

Həmçinin İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İran nüvə elektrik stansiyasının yerləşdiyi Buşehrə hücum etdiyi barədə məlumatlar da var.

***

İsrail İrana qarşı xüsusi hərbi əməliyyatını "Aslanın nərəsi" adlandırıb.

Median.Az
"Tasnim" agentliyinə istinadən xəbər verir ki, partlayışlar İranda Lurestan əyalətində və Təbriz şəhərində eşidilib.

"Fars" agentliyinin xəbərinə görə, partlayış səsləri həmçinin İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də duyulub.

***

Tehranda yenidən partlayışlar eşidilib. İsrailin hava zərbələrinin ikinci dalğasının başladığı bildirilir.

Median.Az
xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.

***

İsrail ordusu İrana qarşı qabaqlayıcı tədbirlər məqsədilə əməliyyatlara başlayıb.

Median.Az
xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.

Məlumata görə, İsrail dövləti İranın təhdidlərini aradan qaldırmaq üçün Tehrana qabaqlayıcı zərbə endirib.

Məlumatlara görə, Tehranda partlayış səsləri eşidilir. Baş verənlərin təfərrüatı və mümkün nəticələr barədə məlumatlar hələ dəqiqləşdirilir.

İsraildə hava həyəcan siqnalı sirenlərinin işə düşdüyü bildirilir. İsraildə fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər