Mojo.az Banner
17:57 İtkin-şəhid Dəyanət Musayevin qalıqları Ucarda dəfn edildi  |     17:50 Londondakı Azərbaycan Evinin rəhbəri VƏFAT ETDİ  |     17:34 "Qarabağ" gözlənilən TRANSFERİ AÇIQLADI  |     17:29 Coratda dənizdə BOĞULANLAR VAR: BİRİ ÖLDÜ  |     17:16 Azərbaycanda LEYSAN VƏ SEL gözlənilir - XƏBƏRDARLIQ  |     17:06 "Qarabağ" - "Vestri" oyununun biletləri satışda  |     16:59 Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı  |     16:31 Hərbi hissənin sabiq maliyyə işçisinə dələduzluğa görə HÖKM OXUNDU: Üç ay sonra azadlığa çıxacaq  |     15:22 Bakıda əvvəllər də adam öldürdüyünə görə həbsdə olan şəxs yenidən qətl törətdi  |     15:03 Vitrinlər boş, qapılar bağlı... - "20 Yanvar"da keçiddəki obyektlərin aqibəti necə olacaq? - Video  |     15:00 Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü  |     14:59 Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib  |     14:28 Bakıda qanunsuz torpaq satan 11 nəfərin işi məhkəməyə göndərildi  |     14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |    
Left Banner
Right Banner

Xarici dini icma sədrinə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilənlərin növbəti məhkəmə prosesi keçirilib

27.02.2026 15:34 357
Xarici dini icma sədrinə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilənlərin növbəti məhkəmə prosesi keçirilib
Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Naib İsmiyev sualları cavablandırıb. O bildirib ki, Nərminə Şabanovanı "TikTok" sosial şəbəkəsindən tanıyıb: "Avtomobillərin icarəsi biznesi ilə məşğul olurdum. Nərminə ilə "TikTok"da tanış olmuşam".

Vəkilin suallarını cavablandıran N.İsmiyev bildirib ki, 2024-cü ilin oktyabrında Nərminə Şabanova ilə görüşüb: "Nərminəyə verilməli olan 50 min manat məbləğində pulu almaq üçün onun mənə göstərdiyi yerə getdim. Nərminə mənə orada kameraların olduğunu deməmişdi. Axşam maşınla gedə-gedə video çəkmişəm. Ona motosiklet və silah şəklini atmışam".

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında müəyyən məbləğdə pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək sui-qəsd təşkil etməyi planlaşdırıblar.

Təqsirləndirilən şəxslər sui-qəsdin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq video görüntüyə alıblar. Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürərək, Masazır qəsəbəsində yaşadığı ünvana aparıb.

O bunun qarşılığında müəyyən məbləğdə pul alıb. Bundan sonra həmin qurğunu yaşayış olmayan yerdə gizlədib. Planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner