Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların videoları məhkəmədə göstərildi

01.06.2024 14:15 1 179
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların videoları məhkəmədə göstərildi
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

APA xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində vəkillərinin iştirakı ilə müstəntiqə verdiyi ifadələrinin videoçəkilişi nümayiş olunub.

Təqsirləndirilən şəxs Elşad Əsgərov məhkəmədə həmin videoçəkiliş aparılarkən alınan ifadəsini təsdiq etdiyini deyib. O, vəkilinin iştirakı ilə ifadə verdiyini bildirib.

Daha sonra digər təqsirləndirilən Səbuhi Şirinovun ifadəsinin hadisə yerində çəkilmiş videosu nümayiş edilib.

Hakim Elnur Nuriyev bildirib ki, Səbuhi Şirinovun hadisə yerində aparılan videoçəkilişi protokola uyğundur.

Bundan sonra təqsirləndirilən Elşad Əsgərovun da hadisə yerində ifadəsinin yoxlanılması videoçəkilişi olduğu bildirilib.

Daha sonra prosesdə təqsirləndirilən Rəşad Əhmədovun üzərinə baxış keçirilən zaman aparılan videoçəkiliş nümayiş olunub.

Bundan sonra cinayət işində olan ekspertiza rəyləri elan edilib.

Növbəti məhkəmə prosesi iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner