Mojo.az Banner
16:53 Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edildi  |     16:44 "Real Madrid" "Barselona" ilə münasibətləri tamamilə kəsdi  |     16:32 Yağış, dolu və sel XƏBƏRDARLIĞI  |     16:26 Bukmekerlər açıqladı: Azərbaycanın final şansı nə qədərdir? (SİYAHI)  |     16:14 Tərtərin bəzi ərazilərində qaz kəsiləcək  |     16:01 Bakıda iş yoldaşını öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb  |     16:00 "Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələnib  |     15:46 Gürcüstanda yeddi azərbaycanlı gəncin həlak olduğu qəzanın ANBAAN VİDEOSU - ADLAR və TƏFƏRRÜAT (YENİLƏNİB/VİDEO)  |     15:27 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     15:19 İş adamı Fuad Allahverdiyevi şantaj edən keçmiş həyat yoldaşına AĞIR CƏZA  |     15:01 Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı  |     14:47 Bakıda 11-ci sinif şagirdi məktəbdə xəsarət aldı (Yenilənib)  |     14:37 Ceki Çan Azərbaycana gəlir  |     14:30 Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib  |     14:22 Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə kimdir? - DOSYE  |     14:18 Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK  |     14:03 Avropadan Azərbaycana qaytarılan şəxslərin SAYI AÇIQLANDI  |     13:11 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı  |     12:50 İran internet qadağalarını ləğv etməyə hazırlaşır  |     12:30 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ  |    
Left Banner
Right Banner

50 min manat qarşılığında sui-qəsd hazırladılar: Planları baş tutmadı

16.01.2026 20:00 309
50 min manat qarşılığında sui-qəsd hazırladılar: Planları baş tutmadı
Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında 50 min manat pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək sui-qəsd təşkil etməyi planlaşdırıblar. Təqsirləndirilən şəxslər sui-qəsdin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq videoçəkiliş aparıblar. Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürərək, Masazır kəndində yaşadığı ünvana aparıb. Bunun qarşılığında 500 manat pul alıb. Bundan sonra həmin qurğunu yaşayış olmayan yerdə gizlədib. Planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.

Növbəti proses fevralın 26-da saat 17:00-a təyin olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner