Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər

26.02.2026 13:04 576
“Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər
Son illərdə təhsil üçün Çinə üz tutan gənclərin sayı artır. Onlardan biri də Abşeron rayonunun Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürovadır.

"ATV xəbər” dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan həmin şagirdlə həmsöhbət olub.

Adıçəkilən universitetin "İnteraktiv media və biznes” ixtisasına qəbul alan Nilufər bildirib ki, seçiminin səbəbi Çinin inkişaf etmiş ölkə olmasıdır: "Ailəmlə universitet seçimi edəndə gördük ki, Çin ən inkişaf etmiş ölkələrdən biridir. Həmçinin NYU Şanxay universitetində bütün xarici tələbələrə çin dili öyrədilir. Fikirləşdim ki, gələcəkdə bu, mənim üçün fürsət olar”.

N.Şükürova həmçinin qeyd edib ki, onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir: "Təhsilhaqqı, yataqxana, tibbi-sığorta kimi xərclərim 82 min dollar (139 min 400 manat) edir. Mənim təqaüdüm isə 72 min dollara (122 min 421 manat) yaxın məbləğdir. Bu isə o deməkdir ki, 82 min dollardan 72 min dolları universitet tərəfindən qarşılanacaq. Mənə qalan isə yalnız 10 min dollardır. Hər il ailəm universitetə 10 min dollar (17 min AZN) ödəyəcək”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024/2025-ci tədris ilində 72 Azərbaycan vətəndaşı dövlət xətti ilə Çində təhsil alır.скачать dle 11.3
Mojo.az Banner