Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

BDU-nun tələbələrini şantaj edən kimdir? - Video

26.02.2026 12:37 738
BDU-nun tələbələrini şantaj edən kimdir? - Video
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.

Naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.
Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub:

"Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.

İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.

"Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik gmaildir”, - deyə tələbə əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.

Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub.

"Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil”.

Daha ətraflı İTV-nin süjetində:скачать dle 11.3
Mojo.az Banner