Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub - FOTO

25.02.2026 13:01 744
Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub - FOTO
Fevralın 24-də Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb.

Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan "Ballı Pətək" brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən "Ballı Pətək" brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir.

Z.Əzizov bal və digər arı məhsullarını əldə etmək üçün arı ailələrini Xaçmaz, Şabran, Qusar, Quba və başqa rayonlara apardığını vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 2-3 ton olan təsərrüfatda, həmçinin arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar əldə edilir. Bununla yanaşı, Z.Əzizov cins ana arı yetişdirməklə də məşğuldur.

Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birgə arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak edib.

Arıçı Zəfər Əzizov və ailəsi Leyla Əliyevaya səmimi ziyarətə və diqqətə görə minnətdarlığını ifadə edib, ona hədiyyə təqdim edib.








Son xəbərlər